Pikassonun əsəri şok qiymətə satıldı

Pikassonun əsəri şok qiymətə satıldı

Stiven A.Kohen Pablo Pikasso tərəfindən çəkilən rəsm əsəri üçün rekord məbləğ ödəyib. "Reuters"-in verdiyi xəbərə görə, varlı biznesmen 1932-ci ildə çəkilən "Le Rêve" əsərini 155 milyon dollara satın alıb. Bu indiyə qədər amerikalı kolleksiyaçılar tərəfindən hər hansısa rəsm əsərinə ödədilən ən bahalı məbləğdir.

Qeyd edək ki, rəsm əsəri əvvəllər digər bir milyarder və kazino maqnatı Stiv Uinə məxsus olub.

Bütün xəbərlər Facebook səhifəmizdə