Amerikanın Vermont Universitetinin mütəxəssisləri qalmaqallı elan veriblər. Alimlər bildiriblər ki, dörd deyil, altı qan qrupu var. Alimlər yeni kəşf edilən iki qan qrupuna Cunior və Lanqerays adlarını veriblər.
Qrupun lideri Bratan Ballif deyir ki, bu iki qan qrupunun daşıyıcılarına nadir hallarda rast gəlmək olur. Mənfi rezuslu Cunior qan qrupuna təxminən 50 min yaponda rast gəlinib. Alimlərin fikrincə, bu tapıntı xərçəng xəstəliyinin müalicəsinə yardımçı olacaq. Ballif hesab edir ki, bu son deyil, təbiətdə elmə məlum olmayan daha 10-15 qan qrupu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB