"Microsoft" proqramlarının 33%-i saxtadır

"Microsoft" proqramlarının 33%-i saxtadır

"IDC"nin araşdırması dünyanın 10 ölkəsindən olan 1104 müştəri, 973 biznesmen və 268 İT meneceri arasında aparılıb. "International Data Corporation" tədqiqat mərkəzi tərəfindən həyata keçirilən araşdırmaya görə, kompüterlərdə quraşdırılan "Microsoft" proqramlarının 33%-i saxtadır.

"IDC"nin araşdırması dünyanın 10 ölkəsindən olan 1104 müştəri, 973 biznesmen və 268 İT meneceri arasında aparılıb.

Tədqiqatın nəticəsində həmçinin saxta proqramlar və digər müxtəlif virusların vurduğu ziyanın bu il 114 milyard dollara çatacağı məlum olub. Saxta proqramla və viruslar nəticəsində yaranan problemləri həll etmək üçün müştərilər il ərzində 1.5 milyard saat vaxt sərf edəcək.

Pirat və saxta proqramların çoxu yeni alınmış kompüterlərin içərisində qabaqcadan quraşdırılmış olur. Tədqiqatda iştirak edən respondentlərin bildirdiyinə görə, proqramların pirat versiyası onların kompüterinin sürətinin xeyli azalmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə