İlanı öldürmək ev sahibinə baha başa gəldi

İlanı öldürmək ev sahibinə baha başa gəldi

ABŞ-ın Texas ştatının sakini ilanı öldürmək istəyərkən evinə od vurub yandırıb. Yerli polisin məlumatına görə, bu zaman yanan ilan ot tayasının altına qaçıb və ot tayası alovlanaraq evin tamamilə yanmasına səbəb olub. Yanğınsöndürənlərin səyinə baxmayaraq, alov bütün evi bürüyüb və qonşu evlərə keçib. Qonşu evlərdən birinə də ciddi ziyan dəyib.

Araşdırma aparılır. Polis yanğının ilkin səbbəblərini ilanın yandırılması ilə əlaqələndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə