Gəlin öz üzüyünü uddu MARAQLI

ABŞ-ın Massaçusets ştatında yaşayan Endi Muron özünü dünyanın ən bəxtsiz adamı sayır. Çünki o, toy axşamı gəlini xəstəxanaya aparmalı olub. Belə ki 26 yaşlı Muron sevgilisi, 23 yaşlı Elizabet Metyuya sürpriz etmək istəyirdi. O, toyda gəlinə vermək istədiyi brilyant qaşlı üzüyü tortun içində gizlətmişdi: "İstədim ki, nikah mərasimindən sonra, toyda qonaqların qarşısında Elizabet tort tikəsini yemək istəyəndə üzüyü görsün, sevinsin".

Lakin Elizabet tortu kəsib, tikəni nimçəyə qoyub, üzüyü görməyib. Gəlin 18 min dollarlıq üzüyü udub. Az sonra qarnında ağrılar başlayan gəlini xəstəxanaya aparıblar və üzük endoskopiya vasitəsilə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə