Ayaqyolunda qadınların şəkilini çəkən fransız yaxalandı

Ayaqyolunda qadınların şəkilini çəkən fransız yaxalandı

Saxlanılan şəxs şəhərdəki böyük ticarət mərkəzlərindən birini bu məqsədlə özünə məskən tutubmuş

Ayaqyolunda mobil telefonla qadınların şəklini çəkən 50 yaşlı fransız polis tərəfindən saxlanılıb. Məlumata görə saxlanılan şəxs sakini olduğu Brest şəhərindəki böyük ticarət mərkəzlərindən birini bu məqsədlə özünə məskən tutubmuş. Hadisə isə ayaqyoluna girən qadınlardan birinin yan tərəfdəki tualetdən uzadılan telefonla çəkildiyi görməsi ilə meydana çıxıb. Qeyd edək ki, vəziyyətdən xəbər tutan qadın bayıra çıxaraq saxlanılan şəxsin olduğu tualetin qapısını kilidləyib və mağazanın təhlükəsizlik xidmətinə bu barədə xəbər verib.

Saxlanılaraq polis bölməsinə aparılan şəxsin telefonunun yaddaş kartından son iki il ərzində çəkilmiş 1 535 ədəd video-görüntü aşkarlanıb. Məlumata görə, qoca fransızı 1 ildən 2 ilə qədər həbs cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə