ABŞ-ın Pensilvaniya universitetinin alimləri apardıqları tədqiqatlar nəticəsində müəyyən ediblər ki, püstə ürək-damar xəstəlikləri riskini azaldır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 4 həftə ərzində hər gün 40 qram , növbəti 4 həftədə isə hər gün 80 qram püstə yemək ilk dövrdə "pis" xolesterini (LDL) 9%, sonrakı dövrdə isə hətta 12 % azaldır.
Qeyd edilən hər iki dövrdə püstə yemək, həmçinin orqanizmdə soyuqdəymənin göstəricisi və ürək-damar xəstəlikləri riskinin artması amili sayılan interleyk -1-in səviyyəsini 15 % azaldır . Bu ona görə baş verir ki, püstənin tərkibində doymuş yağların miqdarı çox az, doymamış yağlarınkı isə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB