Sürətli saç uzatmaq üçün nə etməli?

Sürətli saç uzadan bitkilər, düsturlar və üsullar... Saçımızın torbaya bənzəyən və folikul adı verilən parçası baş dərimizin altında olur. Bu qismə saç kökü deyilir və elə saçın canlı olan qismi də buradır. Bu kökdə olan saç hüceyrələrinin bölünməsiylə saç uzanır. Hər saç teli uzanar, uzanması yavaşlayar və bir müddət sonra tökülərək yerinə yeni saç teli çıxar.

Bir saç telinin orta yaş müddəti 2-6 ildir. Saç teli bir ayda neçə sm uzanar və saç necə uzanar?

Saç telləri bir ayda təxminən 2,5 sm qədər uzanarlar. Saç tellərinin uzunluğu saç folikulunun uzanma müddətinə bağlıdır. Ümumiyyətlə folikullar 2-6 il aktiv olaraq yaşayarlar. Qadınlarda saç uzanmasının daha sürətli olduğu dövr 15-40 yaşlar arasındadır, ən sıx ostrogen ifraz olunduğu dövrdür. Saç uzanma sürəti bioloji və ekoloji şərtlərə bağlıdır. Saçın uzanmasını təsir edən bir çox faktor vardır. Bunlar yaş, qidalanma, ümumi sağlamlıq vəziyyəti və hava vəziyyətindəki dəyişikliklərdir.

Məsələn uşaqların saçı yetkinlərdən daha tez uzanır. Bundan başqa yaz mövsümündə saçın uzanması qışa görə daha sürətlidir. Saçı ya da tükləri kəsməyin onun uzanmasına və ya daha sürətli uzanmasına heç bir təsiri yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə