Dialektləri nəzərə almasaq, bu gün dünyada insanlar demək olar ki, 3000-ə yaxın dildə danışır. SİA-nın xəbərinə görə, linqvistlərin apardıqları araşdırma nəticəsində öyrənilməsi ən çətin olan 8 dil məlum olub:
Çippeva dili - Şimali Amerika hindu qəbiləsinin dilidir. Bu dildə 6 mindən çox fel forması mövcuddur. Bu, digər dillərlə müqayisədə daha böyük rəqəmdir.
Çin dili - Çin dilinin öyrənilməsində əsas çətinlik heroqliflərdir. Çin dilində heroqliflərin sayı 50.000-ə yaxındır. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər.
Tabasara dili - Tabasara dilindən Dağıstan ərazisində istifadə edilir. Bu dildə ismin 48 halı mövcuddur.
Sanskrit dili - Allahların dili adlandırılan sanskrit dilinin ümumi qrammatikasını öyrənməyə 12 ilinizi sərf etməli olacaqsınız.
Abaz dili - Abaz dilində Qaraçay-Çərkəz Respublikasında danışırlar. Bu dil haqqında adətən belə deyirlər: "Bu dili əgər uşaqlıqdan bilmirsənsə, böyük yaşlarında onu öyrənmək demək olar ki, qeyri-mümkündür". Bunun səbəbi isə dilin çətin fonetikasıdır.
Bask dili - Bask dilinin çətinliyi onun qrammatik xüsusiyyətləri ilə bağlıdır. Hətta İkinci Dünya müharibəsi zamanı bu dildən şifrə kimi də istifadə edibər.
Rus dili - Əcnəbilərdə demək olar ki, bu dillə bağlı hər şey çətinlik yaradır: hallanma, fel, sinonimlər, sözdüzəltmə üsulları. Ruslar üçün adi gələn dialoqlar belə əcnəbilərə anlaşılmaz gəlir.
İngilis dili - Bu dildə hərflər tələffüz edilən səslərlə uyğun gəlmir, söz yazıldığı kimi oxunmaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB