Tarixdə qətlləri ilə iz qoymuş "dəhşətli" qadınlar

Tarixdə qətlləri ilə iz qoymuş "dəhşətli" qadınlar

1. Erjebet Batoriy (1560-1614) - Macarıstan kraliçası. O öz qulluqçularına olmazın əziyətlər verib, döyüb, əllərini və bədənlərinin digər hissələrini yandırıb, diri-diri dərilərini soydurub, zorlayıb öldürürdü. 1610-cu ildə onu evdə gözaltına alıblar. Məhkəmə prosesində bildirilib ki, onun öldürdüyü insanların sayı 40 və ya 50 nəfərdir, lakin bir qulluçu deyib ki, evdən yüzlərlə cəsəd çıxarılıb. O 1614-cü ildə öz əcəli ilə dünyasını dəyişib.

2. Ketrin Nayt (1956- ) - Avstraliya tarixində ömürlük həbsxana həyatına məhkum olan ilk xanım olub. 2001-ci ilin oktyabrında ailə münaqişəsi zamanı ərini öldürüb, bədənini hissələrə ayırıb, daha sonra isə cəsədi təhqir edib.

3. İrma Qriz (1923-1945) - Hitler Almaniyasının ən dəhşətli konslagerlərindən birinin nəzarətçisi idi. O həbs olunmuşlara həm fiziki, həm də psixoloji təsir göstərirdi. Qriz həbs olunmuşlara atəş edərək əylənib. O itlərini soyuqda saxladıqdan sonra, həbsdə olanların üstünə buraxırıb.

4. Elza Kox (1906-1967) - "Buxenvald qarı"-sı kimi məşhur olan bu xanım konslagerin komendatının arvadı olub. O həbs olunanları qamçılayır, onlarla məzələnir, döyür və öldürürdü. Kox 1967-ci ildə türmədə özünə qəsd edib.

5. Meri Enn Kotton (1832-1873) - Mərgümüşlə 20-yə yaxın insanı zəhərləyib. Həyatı boyunca bir neçə ərini, uşaqlarını və hətta öz anasını öldürüb. Meri Enn Kotton öldürən insan isə bilərəkdən onun ayağı altından stulu çəkmir və onun əzabını artırır.

6. Bell Qannes (1859-1931) - Bu xanım Amerika tarixində ən məşhur xanım-qatil sayılır. O iki ərini, qızlarını ,bir-neçə sevgilisini öldürüb. Onun əsas hədəfi sığorta kompaniyalarından ölmüş insanların yerinə pul almaq olub. Onun hesabında 30 yaxın ölüm var.

7. Beverli Eplit (1968- ) - İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə uşaq öldürüb, daha 5 körpəni isə ciddi zədələyib. O, uşaqların qanına külli miqdarda insulin vuraraq onlarda ürəkağrısı yaradırdı.

8. İzabella Kastilskaya (1451-1504) - İzabella katolik olmayanlara divan tutmaqla məşhurdur. İzabella Kastilskayanın dövründə İspaniyadan çoxlu yəhudi və ərəb köçüb (200 minə yaxin), qalanlarını isə zorla xristianlığı qəbul etməyə məcbur ediblər. Qəbul etməyənləri isə ocaqda yanaraq ölmək gözləyirdi.

9. Mayra Hindli (1942-2002) - Killer xanım dostu İen Brayenlə "ingiltərəli Bonni və Klayd" adı alıblar. Bir neçə il ərzində ikisi əl-ələ verərək 10-17 yaşlı 5 nəfəri oğurlayıb təcavüz etdikdən sonra, öldürüblər.

10. Kraliça I Mariya (1516-1558) - İnglis kralı VIII Henri və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxan xanım Mariya ölkədə bərpa dövrünə başlayır və bu bərpa dövrü xalqa divan tutmaqla keçir. Minlərlə insan öldürülür, asılır və yandırılır.

11. Darya Nikolayevna Saltikova (1730-1801) -Tarixə inkişaf etmiş rus mülkədarı kimi düşüb. 139 yaxın qulluqçusunu öldürtdürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə