Ötən günlərdə Yer kürəsindən çox böyük bir təhlükə sovuşdu
Alimlərin bildirdiyinə görə, diametri təxminən 100 metr olan bir meteorit martın 8-də planetimizin çox yaxınlığından keçib. Səma cismi əgər Yerlə toqquşsaydı, böyük ehtimalla indi bu sətirləri oxumaq imkanı tapa bilməyəcəkdiniz.
New Scientist adlı elmi jurnalda meteoritin Yerə yaxınlığının, planetimizin Aya olan uzaqlığının yalnız 1.2 misli qədər olduğu qeyd edilib. Bu məsafə təxminən 450.000 km-ə bərabərdir. Bəlkə də "o qədər də yaxın keçməyib" deyə düşünə bilərsiniz. Ancaq qalaktikalararası məsafələrin milyonlarla işıq iliylə hesablandığını düşünsək, ucsuz-bucaqsız kainatda bu məsafənin olduqca az olduğunu daha yaxşı anlayarıq.
Kor bölgə təhlükəsi
Digər tərəfdən '2002 EM7' adı verilən bu meteorit martın 8-də keçsə də, Massachusset Texnologiya İnstitutu Lincoln Laboratoriyası tərəfindən 4 günlük bir gecikmə ilə - ancaq martın 12-də qeydə alınıb. Alimlər bu gecikməni səma cisminin fərq edilməsi mümkün olmayacaq dərəcədə Günəşə yaxın (87 milyon kilometr) keçməsi ilə əlaqələndirirlər.
Bu cəhət alimləri bu qayğı dolu etirafı etməyə yönəldir: "Daha əvvəl orbitini təsbit edib adlandırmadığımız meteoritin kor bölgədən Yerə çarpacaq şəkildə yönəlməsi vəziyyətində edəcəyimiz xəbərdarlığın bir mənası qalmayacaq".
Kosmos boşluğunda üzən milyonlarla kometa, meteorit kimi kütlələr Yer üçün ciddi bir təhlükə yaradır. Bunlardan yalnız birinin Yerlə toqquşması bütün insanlığın sonu demək olar.
Meteoritlə toqquşma nəticəsində Yerdə baş verən və meydana gələ biləcək hadisələr
Günümüzdən milyonlarla il əvvəl yaşamış olan nəhəng dinozavrların nəsillərinin 65 milyon il əvvəl meydana gələn bir meteorit yağışı nəticəsində tükəndiyi düşünülür.
1908-ci ildə Sibirin Tunquska bölgəsinə düşən meteorit böyük bir partlayışla nəticələnərək, təqribən 2000 kv.km-lik bir ərazidəki bütün ağacları məhv etmişdi. Qeyd edək ki, Yerin çox yaxınından keçən '2002 EM7' meteoritin Tunguskaya düşəndən daha da böyük olduğunu bildirilir.
13 noyabr 1833-cü il tarixində Şərqi Amerikada 03.00-də başlayan və təxminən 4 saat çəkən meteorid yağışı zamanı odlu toplara bənzəyən səma cismləri düşdüyü bataqlıqları buxarlandırmış, ağacları yandırmışdı. Bu fövqəladə anları yaşayan Elder Samuel Rogers həmin vaxt insanların Allaha necə dua etdiklərini öz məqaləsində belə yazır: "Bəziləri həqiqətən Qiyamət gününün gəldiyini düşünür, peşmanlıq içində diz çökərək, keçmişdə yaşadıqları günahlarını etiraf edir və Allahdan mərhəmət diləyirdilər". (http://science.nasa.gov/newhome/headlines/ast22jun99_2.htm) günəşin ətrafında orbitlərində fırlanan kometalar da Yer üçün ciddi təhlükə yaradırlar. 1966-cı ildə Yer planetinin böyük buz və qaz kütlələri ilə əhatə olunan Temple-Turtle adlı kometa ilə üzləşməsi ilə yağan meteorit yağışı bu gün üçün də ən unudulmaz göy hadisələrindən biridir. Planetimizin milyonlarla km uzunluğunda və 35 min km enində bu buluda girməsi ilə Yerə saatda 100.000 meteorid düşdüyü alimlər tərəfindən hesablanmışdır.
2013-cü ilin fevralın 15-də Çelyabinsk əyalətində yerli vaxtla səhər saat 09.20-də meteoritin partlaması nəticəsində 1200 nəfər yaralanmişdı. Kosmik cismin düşməsi partlayışlarla müşaiyyət olunmuşdu. Şahidlərin sözlərinə görə 20-30 dəqiqə içində şəhərdə vəziyyə "hərbi fəaliyyətlər onasına" çevrilibmiş. Mütəxəssislər hesab edirlər ki, 10 tonlu dəmir meteorit Yerin atmosferinə saniyədə 30 km sürətlə girib: "Partlayışlar 3 ədəd olub. Birinci və ən güclü partlayış Yerin 60-70 km-də olub.Onun partlama gücü 10 kilotonna bərabərdir ki, bu da Xerosimanı məhv edən nüvə bombasının yarı gücü qədərdir.
Bu inanılmaz rəqəmlər bizə kainatı yaradan Allahın gücünün sərhədsiz olduğunu göstərir. Bu kimi rəqəmlər üzərində düşündükdə dünyəvi mənfəətlərin nə qədər kiçik olduğu aşkar olur. Əslində insan kainatda bir qum dənəsi qədər belə yer tutmur. Buna görə, hər insan Allah qarşısındakı acizliyini bilməli və dərhal keçmiş günahlarına görə Allaha tövbə edib ONA yönəlməlidir. Bu meteoritin bizim olduğumuz ölkəyə, şəhərə və hətta mənzilə düşməməsi üçün heç bir səbəb yoxdur. Şübhəsiz ölüm bizlərə çox yaxın bir həqiqətdir, həyatımıza son qoyan səbəb bir meteorit, xəstəlik və ya hər hansı başqa bir şey ola bilər. Heç kim bir an sonra yaşayacağına zəmanət verə bilməz. Ölümdən qurtuluşun mümkün olmayacağı, hər insanın bir gün mütləq Rəbbimizə tərəf qayıdacağı Quranda belə bildirilir: "Harada olursunuzsa olun, ölüm sizi mütləq haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə..." (Nisa surəsi, 78).
Dünya nəzarət altındadır
Əlbəttə meteoritlərin Yerin bu qədər yaxınından keçməsi də kainatdakı bütün hadisələr kimi Allahın iradəsi və nəzarətiylə reallaşır. Hökm və hikmət sahibi olan Allah göylərdə və yerdə olan hər hadisəni bir məqsədlə yaratdığını belə bildirir: "Biz yeri, göyü və onların arasında olanları əyləncə üçün yaratmamışıq" (Ənbiya surəsi, 16).
Kosmosdan gələ biləcək müxtəlif təhlükələrlə dolu mühitdə Yerin meteoritlərindən və ya hər hansı başqa bir zərərdən qorunmuş olması da Allahın ayələrindəndir. Məlum olduğu kimi, göy cisimləri başqa planetlərə çarpdığı təqdirdə, məsələn Ayın səthinə çarpdıqda nəhəng kraterlər açır. Halbuki, yalnız Yerə xas olan atmosfer təbəqəsi oksigen sayəsində meteoridlərin sürtünməklə alovlanmasını və bu şəkildə yerə çarpana qədər böyük kütlə itkilərinə məruz qalmasını təmin edir. Bu sayədə biz hiss etmədiyimiz halda, Yer atmosferinə tez-tez meteoridlər daxil olur, ancaq yerə çata bilmədən yanırlar. Allah sonsuz şəfqət sahibi olan, hər şeydən xəbərdar olandır. Quranda Allahın insanları qoruduğu Ənbiya surəsinin 32-ci ayəsində belə xəbər verilir: "Səmanı qorunmuş bir tavan etdik, onlar isə bunun ayələrindən üz çevirirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB