Aslanlara kömək etmək üçün onlarla birlikdə yaşayacaq

Zoopark sahibi Aleksandr Palyaşenko, aslanlara kömək etmək üçün onlarla birlikdə yaşayacaq. Palyaşenko, 2011-ci ildə beş həftə bir aslanla birlikdə yaşamasının ardından bu il təkrar aslanlarla birlikdə yaşamağı planlaşdırır. Ancaq Palyaşenko, bu dəfə qəfəsdə bir il keçirmək istəyir. Onun əsas məqsədi isə yığmaq istədiyi 45 min dollara aslanlar üçün qayğı mərkəzi tikdirməkdir.

Palyaşenko bir il boyunca aslanlarla yaşamağı bacarsa, Ukraynada daha əvvəl özünə aid 35 günlük rekordunu təzələyəcək. Palyaşenko qəfəsə yerləşdirdiyi 4 kamera ilə bunu internet vasitəsi ilə canlı yayımlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə