Ölkədə mini ətək geyinmək qadağan edildi

Cənubi Koreya hökuməti 2006-cı ildə ləğv edilən "ədəbsiz paltar" qadağasını yenidən bərpa edib. Rusiya mətbuatına istinadən verilən xəbərə görə, Cənubi Koreya hökuməti insanların əxlaqının pozulmasından narahatdır.

Mini ətək və digər "ədəbsiz paltarı" qadağan edən qərar hökumətin yeni prezident Pak Kın Xenin iştirakı ilə keçirilən iclasında qəbul olunub.

Martın 22-də qüvvəyə minəcək qanunu pozanları 50 von (45 dollar) məbləğində cərimə gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə