"Mənliyimi saxlamaq qızıl medal udmaqdan daha vacibdir"

Belə də olur!
"Mənliyimi saxlamaq qızıl medal udmaqdan daha vacibdir"

2012-ci ildə İspaniyada böyük mükafat məbləği olan yarış keçirilib. Bu yarışın iştirakçıları arasında London Olimpia Oyunlarının qaçış üzrə bürünc mükafatçısı keniyalı Abel Mutai də iştirak edib.

...O, rəqiblərini tamamilə arxada qoymuşdu. Lakin finiş xəttinə 10 metrə yaxın qalmış o dayandı. Abel Mutai finiş xəttini keçdiyini zənn edib öz tamaşaçılarını salamlamağa başladı. Bu vaxt yarışda iştirak edən ispaniyalı İvan Fernandes Anayya keniyalı rəqibinə yaxınlaşsa da onun səhvindən istifadə edib yarışı birinciliklə tamamlamadı. Əksinə rəqibini irəliyə itələyərək onu birinci etdi. Fernandes bu vicdanlı hərəkətini belə izah edib: "Mənə mənliyimi saxlamaq qızıl medal udmaqdan daha vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə