Stress
Bəlkə stressli şərtlər altında da gərgin iş qrafindəki məsələləri həll etmək olar. Amma stresslə intim yaxınlıq əks anlayışlardır. İş stressi, maddi çətinlik və ailə problemləri ehtirası "öldürür".
Ünsiyyətdə problem
Həll edilməmiş əlaqə problemləri, partnyorların bir-birilərini düzgün anlamamaları seks həyatını donduran ən böyük faktorlardan biridir. Xüsusilə qadınlar romantik olduqlarından, onlara qayğı, diqqət göstərməyən kişilərlə cinsi əlaqədə olmaq istəmir. Cütlüklər arasındakı ünsiyyətsizlik, aldatma və digər maneələr seks həyatını çətinləşdirəcək.
Alkoqol
Bir-iki qədəh spirtli içki sizin heç vaxt cinsi mənada aktivliyinizi təmin etməyəcək.
Yuxusuzluq
İntim həyata mane olan əsas amillərdən biri də yuxusuzluqdur. Halsızlıq, keylik ehtiraslanmağınıza, intim yaxınlıqdan həzz almağınıza mane olacaq.
Dərmanlar
Cinsi aktivliyi aşağı salan dərmanlar: Antidepresantlar, təzyiq dərmanları, kimyəvi terapiya, anti-HIV dərmanları.
Yeni müalicəyə və ya dərmana başlamaq köhnə performansınızın itməsinə səbəb ola bilər. Hansısa dərmanı qəbul etdikdən sonra intim həyatınızda durğunluq müşahidə edirsinizsə, həkiminizlə danışıb, həll etməyə çalışın.
Kompleks
Özünüzə güvəniniz azdırsa, gözəl olmadığınızı düşünürsünüzsə, bu, intim yaxınlıq zamanı sizdə kompleks yaradacaq. Unutmayın ki, bütün əskiklərinizdən yalnız sizin xəbəriniz var, eyibinizi partyorunuz hiss etməyə bilər.
Depressiya
Antidepresantlar kimi depressiya da seks impulslarınıza zərbə vuracaq. İntim yaxınlığa meyl göstərməmək və ya uzun müddət intim münasibətdə olmamaq depressiya halına gətirib çıxarda bilər. Belə bir vəziyyət mövcuddursa, həkimə müraciət edin. Çünki ağır depressiya həkimin nəzarəti altında düzgün müalicə oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB