Yeni bir araşdırmaya görə, çox çay içən kişilərin prostat xərçənginə mübtəla olma riski daha çoxdur. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Şotlandiyadakı Qlazqo Universitetinin alimlərindən ibarət qrup 37 ildən bəri 6 min kişinin səhhətinin vəziyyətini müşahidə ediblər.
Gündə 7 stəkandan artıq çay içən kişilərdə prostat xərçəngi gün ərzində heç çay içməyən və ya az çay içən kişilərlə müqayisədə 50 faiz çox olub.
Bununla belə, alimlər çox çay içməklə prostat xərçəngi arasında birbaşa əlaqə barədə konkret məlumatlar və ya nəticələr əldə olunmadığını deyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB