Gənc qız aslan tərəfindən parçalandı

Zimbabvedə cəngəllikdə sevgilisi ilə sevişən qadını aslanlar parçalayıb. SİA-nın verdiyi xəbərə görə, ölkənin şimalındakı Kariba qəsəbəsinə birləşik kənd yaxınlarındakı bir cəngəllikdə çılpaq halda sevgilisi ilə sevişən qadına yaxınlaşan aslan onları vəhşicəsinə parçalayıb. Yırtıcı heyvan Sharam Mavera adlı gənc qadını hadisə yerində parçalayaraq öldürüb. Adı gizli saxlanılan sevgilisi isə çılpaq halda kəndə qədər qaçmağı bacararaq kömək istəyib. Hadisə yerinə gələn əsgərlər gənc qadının parçalanmış cəsədini taparkən məlum olub ki, qadın elə hadisə yerindəcə boynu qırılaraq ölüb

Qeyd edək ki, bu ölkədə keçən həftə Zambezi çayının kənarında cəsədi tapılan bir kişinin də eyni aslan tərəfindən parçalanmış ola biləcəyi bildirilir. Ölkə rəhbərliyi vəhşi heyvanın tutulmasına çalışır

Bütün xəbərlər Facebook səhifəmizdə