Ağac əkmək yol çəkmək və su şəkmək kimi savab iş sayılır. Hələ onu demirik ki, təbiətin yaşıl xalısı, oksigen mənbəyimiz olan ağaclar bizim üçün daha qiymətlidir. Dünyanın ən sivil ölkələrindən tutmuş inkişafdan qalan ölkələrinə qədər şəhərlərdə yaşıllaşdırma işləri ölkənin bir nömrəli vəzifəsi sayılır. Hansı ölkədə meşə sahələri çoxdur o ölkə varlı sayılır. Bakıda ötən əsrin 70-80-ci illərində Bakıda geniş parklar, meşə massivlərinin salınmasına başlanılıb. İndi paytaxtın mərkəzi və yeni salınmış rayonlarında olan ağacların əksəriyyəri həmin dövrdə salınıb. İndi isə vəziyyət heç də ürəkaçan deyil. Bakının rayonlarında ağacların ağacların kəsilib, yerində mağaza tikilməsi artıq adət halını alıb. Biz demirik ki, kimsə mağaza açmasın, ailəsini dolandırmasın. Amma...
"Əmma"sı da budur ki, Bakı küləkli şəhər olduğundan ağacın inkişafında çətinlik yaranır. Bu gün ağackəsənlərin gözündən yayınıb qalan iri ağacların əksəriyyəti 30-40 ilə böyüyüb. Ağacın bizim üçün əhəmiyyətindən bixəbərlər isə bircə gecənin içində iri ağacları baltalayıb yerə yıxırlar. Avropa ölkələrində isə ağac əkmək, onların yerini dəyişmək üsulunda yeniliklərə imza atıblar. Buyurun bu kadrlara siz də baxın:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB