Hansı bizə daha çox yaxındır?

İnsan övladı üçün ən gözəl arzu. Çörəyin bol olsun.

Şükür Allaha ki, çörəyimiz boldur deyəsən. O qədər boldur ki, artıq israfçılıq baş alıb gedir. Təəssüf ki, reallıqda bu belədir. İndi çörəyə hər yerdə rast gəlmək olar. Hətta zibilliklərdə belə. 10 ildir ki, artıq küçədən zibil yığmaqla məşğul olan Əli dayı deyir ki, gün ərzində bütün şəhəri gəzsə bəlkə o zaman 1 ton yerdən çörək yığa bilər:

"İndiki gənclər heç bilmir zəhmət nədir. Birdən o taxıl əkənə desən ki, çörək belə atılır bəlkədə söyər ki, niyə atırsan. Heç bilirsən biz nə qədər əziyyət çəkirik. Gün əzrində bir torba çörək yığırıq, 4-5 kq olur. Hələ axıra kimi getsən 1 ton çörək yığarsan. Elə adamlar var çörəyi atır zibil yeşiyinə Vallah o dünyada bu bərəkətə görə cavab verə bilməyəcəklər".

Rəsmi statistikaya görə, Azərbaycan xalqı ən qənaətçil olmayan xalqlardan biridir. Belə ki, bir amerikalı hər 100 dollara 25 dollar xərclədiyi halda, bir azərbaycanlı qazandığı hər 100 manatın tək istehlak mallarının xərclənməsinə yönəldir. Amma israfçılıq tək bununla bitmir. Ölkəmiz kommunal xərclərdən istifadəyə görə də israfçılıqda reytinqləri qırır. MDB statistika komitəsinin hesablamalrına görə, Azərbaycan içməli sudan ən çox istifadəyə görə Ukraynadan sonra 2-ci yeri tutur.

Belə ki, bizim xalq həftədə təxminən 400 litr içməli sudan istifadə edir. Bu isə Avropadan 5 dəfə çoxdur. İqtisadçı ekspert Vüqar Bayramlı deyir ki, bizim insanlar qənaətçil deyil: "Bu da onunla bağlıdır ki, inkişaf etmiş ölkələrdə ailədə büdcənin planlaşdırılması var, amma bizdə yoxdur. Adətən maaş alan günləri bizim ailələr daha çox pul xərcləyir, ay üzrə ailənin büdcəni planlaşdırmadığı üçün ayın sonun borclanmağa məcbur qalır".

Keçirdiyimiz tədbirlər də başdan-başa israfçılıqdır desək yanılmarıq. Bunun qarşısını almaq üçün isə ən yaxşı vasutı kimi sosiloqlar Tacikistan variantını üstün bilir. Beləki adıçəkilən ölkədə əgər toya 200-dən artıq adam çağrılırsa o zaman hər adama 50 dollar cərimə ödəməlidir. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, toyların özündə o qədər yemək olur:

"Stolun üstündə 50-yə yaxın yemək. Toya gedəndə 100-200 pul atır. Toylar sosial bəladır. Bir ailə ayda elə olur ki 15 toya gedir. Həmən o 15 toyun pulunu hansısa fonda yığsaq bizdə milyarlar yaranar".

Peyğəmbərimizin gözəl bir kəlamı var. Əlin cibinin üstündə olsa cibin heç vaxt boş qalmaz. Bir balaca qənaətçil olsan o zaman var-dövlətin aşıb gedər. Odur ki, gəlin nəfsimizi tərbiyə edək. Tərbiyə olunsaq qənaətçil olmağı da öyrənə biləcəyik. atvxeber.az

Bütün xəbərlər Facebook səhifəmizdə