Ən çox kimlər internetdə olurlar?

Ən çox kimlər internetdə olurlar?

Kanadanın virtual ölçü saytına görə, kanadalılar aylıq 2500 dəqiqə ilə internetdə ən çox vaxt keçirməklə birincidirlər. Saytın məlumatına görə, bu kateqoriyada dünya ortalaması 2000 dəqiqədir. Aylıq online faizinə görə, kanadalılar 68 faizlə birinci olduqları halda, bu ölkəni 62 faizlə Fransa və İngiltərə, 60 faizlə Almaniya, 59 faizlə ABŞ, 57 faizlə Yaponiya və 36 faizlə də İtalyanın təqib edir. Digər tərəfdən kanadalıların YouTube, Twitter və Facebook kimi saytlardan da ən çox istifadə edənlər olduğu müəyyənləşib. 34 milyon əhalisi olan Kanadada, əhalinin yarısı olan 17 milyon adamın Facebook üzvü olduğu, hər ay 21 milyon adamın da YouTube-u ziyarət etdiyi bildirilir. Beləliklə, "kainatda internetdən ən çox asılı xalq" olaraq xarakterizə edilən kanadalıların YouTube-da ayda orta hesabla 147 ədəd video izlədikləri məlum olub.

Ümumiyyətlə, mütəxəssislər həftədə 8-40 saat arasında internetə daxil olan insanları asılı olaraq qiymətləndirirlər. İnternet asılılarının 50 faizində isə başqa bir psixoloji narahatlıqlar özünü göstərir. Alim Kimberly Younqa görə, internet asılılığı kriteriyalarına görə, bu asılılığın ən geniş yayılmış növləri arasında pornoqrafiyaya maraq ilk sırada yer aldığı halda, müxtəlif oyunlar, sosial media, internetdən alış-veriş və qumar marağı da əsas yerləri tutur. Hətta 2000-ci ildən başlayaraq ABŞ, Cənubi Koreya və bəzi Avropa ölkələrində klinikalarda müalicəsi aparılan internet asılılarına narkotik maddə asılılığı ilə bağlı üsullar tətbiq edilərək müalicə edilirlər. Nəticədə internet asılılarının 38 faizinin zərərli maddə asılısı olduğu aşkara çıxıb. Bildirilir ki, internet asılılığı daha gec yaşlarda başlayan narkotik maddə, spirtli içki və qumar asılılığının əksinə olaraq daha erkən yaşda başlayır. Ancaq kişilərdə qadınlardan 2-3 dəfə artıq müşahidə edilir. İnternet asılılığının yalnız psixoloji deyil, fizki narahatlıqlara da gətirib çıxardığı, əsasən, artıq çəki, kürək, boyun ağrısı, bel sümüyündə pozğunluqlar və s. müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə