Amerikanın "Apple" korporasiyası bu gün Tokio dairə məhkəməsində qalib tərəf olub

"Samsung" Amerika şirkətini "iPhone" və "iPad" qurğularında ona məxsus olan verilənlərin ötürülməsi və simsiz rabitə texnologiyaları sahəsi üzrə bir sıra patentlərini pozmaqda ittiham edirdi.

Buna görə də məhkəmədən "Apple"-ın məhsullarının Yaponiyada satışına qadağa qoyulmasını tələb edirdi, lakin paytaxt şəhərinin dairə məhkəməsi "Apple" şirkətinin xeyrinə qərar çıxarıb.

Qərardan narazı qalan "Samsung" öz əqli mülkiyyətinin hüququnu qorumaq üçün lazımi tədbirlər görəcəyinə söz verib.

Xatırladaq ki, iki dünya lideri arasında "ağıllı" telefon və planşet kompüterlərinin istehsalı üzrə patent mübarizəsi az qala dünyanın bütün ərazisini əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə