Wi-Fi-lı lampa satılacaq MARAQLI

Müasir "ağıllı" evlərdə bir çox məişət predmetlərini (temperatur, qapı qıfılı, paltaryuyan maşın, tozsoran və sair) smartfon vasitəsilə idarə etmək olar. Lakin bu, hələ ki, kütləvi hal almayıb. Buna səbəb onların baha olması, həmçinin bir-biri ilə uyğun olmamasıdır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, "Philips" şirkəti "ağıllı" evlər üçün yeni həllini - işıq diodu lampasını təqdim edib. Bundan başqa, "LED" lampa bir neçə rəng rejimində işləyə bilir, daxili "Wi-Fi" ötürücüyə malikdir.

Nəticədə lampa internetə çıxış imkanına malikdir. Belə lampa sahibi isə onun işini "iPhone" və ya "iPad" qurğularına quraşdırılmış tətbiq vasitəsilə idarə edə bilər; müvafiq mobil tətbiq yaradılıb və artıq "App Store" onlayn mağazasında əlçatandır.

Hər bir lampa işlək vəziyyətdə 50 vatt enerji sərf edir. İstifadəçi "iPhone" smartfonuna quraşdırılmış tətbiq vasitəsilə lampanı yandıra və söndürə, rəngini seçə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə