Bu gün dünya pişiklərinin günüdür və bütün ev heyvanlarına həsr olunur. SİA-nın məlumatına görə, pişiklər ev heyvanlarının simvolu kimi tanındığı üçün 1 mart pişiklər günü kimi qeyd olunur. Pişiklər günü dünyanın müxtəlif ölkələrində müxtəlif formalarda həyata keçirilir.
Kimsə öz heyvanına qoyduğu qadağanı götürür – divar kağızını qoparmaq, pərdənin və hətda stolun üzərinə tullanmaq. Kimsə öz heyvanı ilə gözəllik salonuna gedir, kimsə öz sevimlisinə istədiyi ərzağı alır, kimsədə heyvanına daha çox qayğı göstərir.
Sahibsiz və vəhşi heyvanların problemləri ilə daha çox məşğul olmaq lazımdır. Bu məqsədlə itlər və pişiklər üçün xüsusi məntəqələr yaradılıb və həmin yerlərdə heyvanlar təmizlənir, müalicə olunur və onlar qocalana qədər qida ilə təmin olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB