Romeo və Cülyetta kimi...

İngilis qəzetləri "Bir Romeo və Cülyetta hekayəsi" adlanan faciə haqqında yazır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisəsinin səbəbi 24 yaşlı Victoria Kish-Donova ilə sevgilisi, inşaat mühəndisi olan 31 yaşlı Raymond Oswell ilə ayrılması olub.

Sevgilisinin özünü başqa oğlan üçün tərk etdiyinə inanan Oswell ayrılığa dözə bilməyib həmişə sevgilisi ilə birlikdə yanına getdiyi ağacdan özünü asıb.

Kish-Donovan isə köhnə sevgilisinin ölümünün ardından ağır depressiyaya girib və iki həftə sonra eyni ağacın eyni budağına özünü asaraq həyatını sonlandırıb. Gənc qadın özünü asmadan əvvəl ağacın altına üzərində "Sonsuza qədər birlikdə olacağıq. Səni sevirəm Ray" yazısı olan kağız qoyub.

Qəzetlər yazır ki, cütlüyün 5 və 6 yaşlarında iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə