Əsəblərinə hakim olmaq istəyirsən?

Tibb və hədislərin tövsiyələri
Əsəblərinə hakim olmaq istəyirsən?

Qəzəbləndiyimiz vaxt yəqin ki, ən yaxınlarımız belə üzümüzü görmək istəməz. Hirs bizi əsir aldığında mərhəmət və xeyirxahlıq duyğuları mənliyimizi tərk edir. Hamı üçün qorxulu məxluqa çevrilirik. Əvvəlcə bu hissi tanımağa, arxasından isə İslam Peyğəmbəri həzrəti Məhəmmədin (s.ə.s.) hiddətimizi məğlub etmə məsləhətlərinə nəzər salaq.

Əsəb anında bədəndə meydana gələn fiziki dəyişikliklər

Qorxu, hirslilik, şəfqət, təcavüzkarlıq kimi bir çox duyğunun mərkəzi beynin temporal lobunun (gicgah bölgəsi) orta qismində yer alan limbik sistemdir. Bu sistemdə beyində romantik reaksiyaların meydana gəlməsində ilk rola sahib olan "amigdala" bölgəsi yerləşir. Amigdala kiçik bir badam böyüklüyündə və iki ədəddən ibarətdir. Təhdid qəbuluna çox sürətli reaksiya verir. Amigdala xəbərdar edildiyində, beynin düşünən və mühakimə edən qismi yekun rəyə girmədən əvvəl bədəndə dəyişikliklər başlayır. Adrenalin, noradrenalin və kortizol kimi stress hormonları ifraz olunar. Tez-tez hirslənən bir adamın bədənində baş verən bu dəyişikliklər gələcəkdə bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Əsəblə mübarizə aparmağın 5 üsulu

Susmaq

Hədis: Hirsləndiyin zaman sus, səs çıxarma, yenə hirslənsən ikinci dəfə də sus.

Hikməti: ABŞ-ın Ohayo və Miçiqan universitetlərinin alimləri əsəb anında ediləcək ən ağıllı hərəkətin geriyə bir addım atmaq və düşdüyün vəziyyəti tavanda gəzişən bir ağcaqanadın gözündən araşdırmaq olduğunu ortaya qoyub.

Dəstəmaz almaq: Hirs şeytandandır, şeytan da oddan yaradılmışdır. Od isə su ilə söndürülür. Elə isə biriniz hirslənincə dərhal qalxıb dəstəmaz alın.

Hikməti: Əsəb anında qandakı şəkər nisbətinin artması və "katekolamin" maddəsinin ifraz olunması, bədəndəki yağ turşularının ifrazını sürətləndirir. Qan və qaraciyərdəki zəhərli maddələr artır. Su isə yağ turşularının bədən xaricinə atılmasını sürətləndirir.

Oturmaq və ya yatmaq

Hədis: Biriniz ayaqüstə ikən hirslənsə otursun. Hirsi keçsə çox yaxşı, keçməzsə yatsın.

Hikməti: Adrenalin hormonunun qandakı miqdarı, ayaqüstə ikən normaldan iki-üç dəfə daha çox artır. Əsəb vəziyyətlərində isə bu artım bir neçə dəfə çoxalaraq yüksək bir səviyyəyə qalxır.

Torpağa təmas etmə

Hədis: Hirslənən kimsə torpağa toxusun.

Hikməti: Torpağın kimyəvi xüsusiyyətləri bədəndəki bir çox mənfi enerjini götürür. Tibbin atası sayılan Hipokrat da "Ən yaxşı ayaqqabı geyilməyən ayaqqabıdır" deyərək yalın ayaqla yeriməyi tövsiyə edir.

Dua və zikr etmə

Hədis: Ey Məhəmmədin (s.ə.s.) Rəbbi olan Allahım günahlarımı bağışla və ürəyimin qəzəbini söndür!

Hikməti: Amerikalı elm adamları tərəfindən beynin dua edərkən özünü yenidən proqramlaşdırdığına dair bir məqalə dərc edilib. Məqaləyə görə, beynin arxa və üst sahələri dua edərkən aktiv vəziyyətə gəlir. Bu da sinir anında doğru qərarlar verilməsini təmin edir.

- Əsəb anında göz bəbəkləri genişlənər və qızarar: Bu gələcəkdə insanda bulanıq görmə problemini ortaya çıxara bilər.

- Ürəyin döyüntüləri və nəfəs sıxlığı artar: Ürək normadan artıq işləyir. Bu isə ürək xəstəliklərinə səbəb olur.

- Əsəb anında mədə turşusu artır: Xora və s. bu kimi müxtəlif mədə xəstəliklərinə vəsilə olur.

- Damarlar genişlənir: İnsan hirslənincə damarlar genişlənir və bu vəziyyət damar xəstəliklərinə gətirib çıxarar.

Hirsli insan tipləri

Peyğəmbərimiz (s.ə.s.) hirs duyğusunun hər adamda eyni olmadığını ifadə edir və əsəbi insan tiplərini bu şəkildə sıralayır:

1. Gec hirslənib, tez sakitləşən

2. Tez hirslənib, tez sakitləşən

3. Gec hirslənib, gec sakitləşən

4. Tez hirslənib, gec sakitləşən

Bunlardan zərərsiz olan birinci tipdir. Dördüncü kateqoriyadakılar isə ən təhlükəli olanlardır. Bu cür insanlar kin saxladıqları üçün hiddətini içlərində illərcə saxlaya və fürsət tapdıqları zaman pislik edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə