Dünyanın ilk ürəksiz insanı ABŞ-da yaşayır. SİA-nın məlumatına görə, 55 yaşlı Kraiq Levis nəbzi vurmadan yaşayan ilk insandır. Ötən ilin mart ayında ürəyində yaranan problemlə bağlı Levis ölüm təhlükəsi keçirib. Texas Ürək institutunun professoru Billi Con və Bud Frazier xəstənin ailəsinə inqilabi məsləhət görüb.
Daha öncə 50-yə yaxın buzov üzərində təcrübə edilən nəbz vurmadan bədəndə qan dövranına şərait yaradan "continuous flow" (daimi axın) cihazı xəstənin ürəyinin yerinə qoyulub.
Əməliyyatdan sonra dünyanın ilk ürəksiz insanı həkimlərlə danışmağa başlayıb. Anoloqu olmayan ilk insanın əməliyyatı və xəstəliyi haqqında sənədli film belə çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB