Multimilyarderdən böyük jest

Britaniyadakı "Virgin Group" korporasiyasının sahibi, multimilyarder Riçard Brenson vəsiyyətini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın ən istedadlı, ekstravaqant və məşhur milyarderlərindən biri Brenson dünyasını dəyişəndən sonra varidatının böyük əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdə yaşayan yoxsullara yardım, habelə texnoloji və elmi araşdırmalara dəstək məqsədilə xeyriyyə fondlarına verilməsini vəsiyyət edib. Onun dediyinə görə, qərarını arvadı Coan və qızı Holli də dəstəkləyir.

Nəzərinizə çatdıraq ki, bu hərəkatın baniləri dünyanın ən zəngin adamları siyahısında yer alan amerikalı milyarderlər Bill Geyts və Uorren Baffetdir. "Giving Pledge" adlı hərəkata qoşulanlar arasında Facebook-un sahibi və banisi Mark Sukerberq, məşhur kinorejissor Corc Lukas, CNN telekanalının banisi Ted Törner, rusiyalı sənaye maqnatı Vladimir Potanin və ukraynalı milyarder Viktor Pinçuk var.

Bütün xəbərlər Facebook səhifəmizdə