ABŞ, Tayland, Singapur, İndoneziya, Yaponiya, Cənubi Koreya və Malayziya bu günlərdə birgə hərbi təlimlərə başlayıblar. SİA-nın xəbərinə görə, "Cobra Gold 2013" adlı 11 gündəlik təlimə 7 ölkədən 13 minə yaxın əsgər qatılıb. Manevrdə çəkilən fotoşəkillərdə ABŞ Donanmasına mənsub əsgərlərin canlı toyuqları dişlərilə parçalayıb yedikləri və başlarını kəsdikləri kobraların qanını içərkən güldükləri əks olunub.
Şəkildəki görüntüləri izah edən ABŞ donanmasının komandiri isə deyib ki, əsgərlər bununla çətin şəraitə düşdükdə nə etmək lazım olduğunu öyrənirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB