Slek Designs emalatxanasından BMW M5 (F10)

BMW M5 üçün işləyib-hazırladığı yeni bodi-kiti təqdim edib.
Slek Designs emalatxanasından BMW M5 (F10)

Seriya avtomobillərinə satış sonrası kosmetik əlavələr etməkdə ixtisaslaşan Slek Designs şirkəti xüsusi olaraq F10 kuzovunda yeni BMW M5 üçün işləyib-hazırladığı yeni bodi-kiti təqdim edib. Əlavələr paketi ilə Slek Designs emeletxanası avtomobilin təkcə xarici görünüşünü yaxşılaşdırmaq deyil, həm də kuzovun aerodinamik xüsusiyətlərinə müsbət təsir göstərmək məqsədi güdür.

Aerodinamik yükün bütün elementləri karbondan hazırlanıb və əməli olaraq "qaynar" sedanın çəkisini artırmır. Ön bamperi qabaq oxa təsir edən qaldırıcı gücü azaldan enli splitterlə bəzəyiblər. Hava axınlarının avtomobilin altında optimal paylanması üçün onun yanlarında nazik ülgüc kimi ətəklər qurraşdırıblar. Arxa hissədə bamperə beşqabırğalı diffuzor əlavə edilib. Şirkətin Fecebook səhifəsində yerləşdirilmiş şəkillərdə təqdim edilmiş BMW M5 sedan qara haşiyəli radiator barmaqlığı və üzərində Slek rəmzləri olan ton verilmiş şüşələrlə fərdiləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə