ABŞ-dakı Merilend Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticələrinə görə, orta statistik qadın kişi ilə müqayisədə gündə 13 min kəlmə daha çox danışır.
Qadınlar niyə çox danışır?

Qadınlar orta hesabla gündə 20 min söz deyir. Kişilərsə təxminən 7 min kəlmə ilə günün keçirir.

Amerikalı alimlər qadınların çox danışmasının səbəbini də tapıblar. Araşdırmalar göstərib ki, qadın orqanizmində olan və "dil proteini" adlandırılan Foxp2 protein xanımları çox danışmağa "sürükləyir".

Kişilərlə müqayisədə qadın orqanizmində 30 faiz daha çox olan bu proteinin sayəsində uşaqlar arasında qızlar oğlanlardan tez danışırlar.

Üstəlik, qadınların söz ehtiyatı kişilərlə müqayisədə daha çoxdur.

Merilend Universitetinin nəzdindəki Tibb Məktəbinin professoru Maykl Bouers və nevroloq Marqaret Makkartinin başçılıq etdiyi araşdırma qrupunun hesabatı Journal of Neuroscience-də dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə