Astronomlar bu günə qədər aşkar etdikləri ən kiçik planeti kəşf tapdıqlarını açıqlayıblar. Ən kiçik planet ünvanını alan "Kepler-37b" az qala Ay böyüklüyündədir.
Alimlər bildirirlər ki, yeni planet Günəş sisteminin ən kiçik planeti olan Merkuridən də kiçikdir.
"Space.com"a istinadən verilən məlumata görə, "Kepler-37b" adı verilən planet Yerdən təxminən 215 işıq ili uzaqlıqda olan Günəş sistemində yerləşir. Ulduz sistemində "Kepler-37b"dən daha böyük olan "Kepler-37c" və "Kepler-37d" adıyla daha iki planet var.
"Kepler-37b" öz oxu ətrafındakı bir dövrəni 13 günə tamamlayır. Planetin səthindəki istilik isə təxminən 427 dərəcədir. Bu isə o deməkdir ki, təbii olaraq "Kepler-37b"də həyat üçün uyğun şərtlər yoxdur.
NASA-nın "Kepler" kosmik aparatı tərəfindən kəşf edilən "Kepler-37b", öz ulduzunun qarşısından keçərkən yaranan iz sayəsində aşkarlanıb. Planetlərin ulduzları qarşısından keçərkən buraxdığı izlər, "Kepler-37" sistemindəki digər planetlərin də aşkarlanmasını təmin etmişdi.
Bu barədə açıqlama verən NASA-nın Ames Araşdırma Mərkəzinin rəsmisi Tomas Berkley, ""Kepler-37b"nin Günəşin önündəki keçidinə maneə törədən siqnallar çox deyildi. Burada maraqlı olan detal, Günəşin önündəki parlaqlığın yalnız 0.0022 faiz azalması idi", - deyib.
"Kepler" kosmik aparatları parlaqlıqları ölçərək və ya "işıq əyriləri"ni analiz edərək planet axtarır. Kosmik aparatlar hər 30 dəqiqədə 150 mindən çox planetdən yayılan əksolmaları araşdırır. Planetlər isə ulduzlarının qarşısından keçərkən səbəb olduqları "parlaqlıq azalması" sayəsində kəşf edilir.
Astoronmlar "Kepler-37" sistemindəki üç planetin heç birində yaşayış üçün şəraitin olmadığını bildirirlər. "Kepler-37b", 37c və 37d Günəşlərinə bir astronomik vahid (AU) qədər olan məsafədə yerləşirlər. Günəş ilə Yer arasındakı məsafəni göstərən bu məsafə, təxminən 150 milyon kilometrdir.
"Kepler-37b" Günəşinə yalnız 0.10 AU ilə ən yaxın olan planetdir. Buna görə də atmosfer saxlamır, səthində maye halda su yoxdur. Yerdən kiçik olan "Kepler-37c" Günəşinə 0.14 AU məsafədədir və o da həyat şərtlərindən çox uzaqdadır. Sistemin ən böyük planeti olan "Kepler-37d" Yerdən iki dəfə böyükdür və 0.2 AU məsafədə yerləşir.
Berkley, "sistemi daha diqqətli şəkildə araşdırırıq. "Kepler-37"nin orbitində daha çox planet ola bilər", - deyib.
Harvard-Smithsonian Astrofizika Mərkəzindəki "Blender" adı verilən cihazdan istifadə edən alimlər, "Kepler-37b"nin aşkarlanmasını təmin edən parlaqlığa təsir edə biləcək bütün faktorları araşdırıblar. Nəticələr alimləri 99 faiz qane edib.
Alimlər "Kepler-37" ulduzu haqqında daha çox məlumat əldə etmək üçün astro-seysmoloji metoddan istifadə edib və ulduzun akustikliyini araşdırıb. Aparılan analizlər planetin böyüklüyü haqqındakı 30 faizlik naməlumluğu 3 faizə salıb.
Berkley, ""Kepler-37" Günəşin kütləsinin 75 faizinə malikdir və 80 faiz daha böyük olduğunu düşünürük. Beləcə, Günəşimizlə eyni günəş sinifinə daxil olur", - deyib.
Qeyd edək ki, 600 milyon dollarlıq layihənin məhsulu olan "Kepler" kosmik aparatlar 2009-cu ilin martında kosmosa göndərilib. "Kepler" bu günə qədər 2 min 740 xarici planetliyə namizəd aşkar edərək, bu planetlərin 90 faizindən çoxunun planet ola biləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB