Qorxulu sehrbaz Aref Qafuri paytaxtımızın qonağı olacaq
Türkiyənin məşhur "Yetenek sizsiniz" telemüsabiqəsinin ən çox bəyənilən iştirakçılarından biri Bakıya gələcək.Müsabiqədə şouları ilə hər kəsi heyrətləndirən urmiyalı soydaşımız, tanınmış illüiziyaçı Aref Qafuri şəhərimizin qonağı olacaq.
İlliyuziyaçı müğənnilər Röya və Rəhim Rəhimlinin "8 Mart" Beynəlxalq Qadınlar günündə "Buta Palace"da verəcəkləri "Super Şou"da maraqlı nömrələrlə çıxış edəcək. Konsertdə türkiyəli rəqqasə Didəm və Ukraynanın "Aleksandrit" şou baleti də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB