Qaynana ki, qaynana! ŞOK

Mütəxəssislər xəbərdarlıq edir! SİA-nın məlumatına görə, Türkiyənin Cumhuriyyət Universitetinin mütəxəssisi professor Orxan Doğan bildirib ki, yeni evlilər ailələri ilə birgə yaşamasalar daha yaxşı olar. Çünki gəlin və qaynana arasında olan sözləşmələr, problemlər depresiyaya yol aça bilər. Onun sözlərinə görə, cütlüklər ayrı yaşasalar belə problemlərlə qarşılaşmaq riskidə daha az olar: "Gəlin-qaynana arasındakı anlaşılmazlıqlar həm gəlin, həm də qaynana da depresiyaya səbəb ola bilər. Hətta baldızla olan münasibət belə mənfi nəticələrə gətirib çıxara bilər. Nəticədə gəlin ancaq öz uşaqları ilə, qaynana isə gəlinin onun əlindən aldığını düşündüyü oğlu ilə maraqlanmağa başlayır".

Professor xüsusilə şərq ölkələrində anaların oğlan uşaqlarına çox bağlı olduğunu, məhz buna görə də, evlilikdən sonra ailəsinin yanından ayrılmaq istəmədiyi üçün bəyin həyat yoldaşını da eyni evə gətirdiyininə diqqət çəkib. Nəticədə uzun müddət birlikdə yaşamaq narazılıqlara yol aça bilər. Depresiya isə gələcəkdə müşahidə edilə biləcək xəstəliklərin əsas təməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə