Nokiadan inanılmaz yenilik

Nokia rəqiblərini üstələmək üçün hər yola atır. SİA-nın verdiyi xəbərə görə, 808 PureView modelindən sonra bu dəfə Lumia telefonlarında 41 meqapiksel kamera olacağı gözlənilir. Fevralın sonunda keçiriləcək Dünya Mobil Konqresində Nokia əsl surpriz edəcək. Məlumata görə, Windows Phone 8 sistemi ilə işləyəcək yeni Lumiaların 41 meqapiksel kameraları olacaq.

Qeyd edək ki, hələ ki, Nokia rəhbərləri bu barədə açıqlama vermirlər. Lakin bu yenilik olsa telefon bazarında çaxnaşma olacağı gözlənilir

Bütün xəbərlər Facebook səhifəmizdə