Seks insanların, xüsusən də kişilərin həyatında önəmli rol oynayır. Kişilər daha çox coşqun, ehtiraslı seksin təşəbbüskarı olur. Amma bütün bunlara baxmayaraq, onların da həyatında seksdən imtina etdikləri dövrlər olur.

Partnyorunuz belə məqam yaşayırsa panikaya qapılmadan məsələnin səbəblərini araşdırın. Qadın klubu həmişəki kimi sizə yardımçı olmağa çalışacaq. Beləliklə əziz klub üzvlərimiz, diqqətinizə seksoloq, seksoterapiya haqqında bir çox kitabların müəllifi Barbara Kislinqin sözügedən problemin səbəbləri ilə bağlı tərtib etdiyi siyahını təqdim edirik.

Psixoloji vəziyyətlər onu seksə biganə edə bilər:

Həyatında başqası var. Nə qədər adi görünsə də, bəzi kişilər eyni periodda iki qadınla yata bilmirlər. Onu tamam başqa formalar ehtiraslandırır. Kişinin müəyyən seksual maraqları ola bilər. Sizi sevir, amma yalnız müəyyən tip qadınları görəndə ehtiraslanır.

Biseksualdır. Belə kişi ailə qurub hamı kimi oğul-uşaq sahibi olmaq xatirinə müntəzəm seksə dözməyə də hazırdırlar. Bu halda çox vaxt uşaqlar anadan olduqdan sonra seks də yox olur. Həqiqət isə gec üzə çıxır.

Öz seksual gücünə inanmır. Adətən bu, ya gənc oğlanlar, ya da 45 yaşından sonra kişilərdə baş verir.

Cinsi yolla keçən xəstəliyə yoluxduğunu anlayıb. Adətən belə hallar onun kənarda münasibəti olarsa baş verir.

Başqasını sevir. Keçmişdə sevdiyi qadını hələ də unuda bilmir. Amma sizə də biganə deyil, ümid edir ki, tezliklə onu unudub özünü tamamilə sizə verə biləcək.

Seksual istəklərini saxlayır. Onun dünyagörüşü və keçmişi seksual istəklərini azad buraxmağa imkan vermir və hətta sizin üçün də heç nəyi dəyişmək istəmir. 35 yaşadək həyatında seks olmayan kişi üçün seksual aktivlik çətin məsələdir. Adətən belə kişilər məsələni gizli, ya açıq formada başa salmağa çalışırlar.

O sizi cəzalandırmaq istəyir. Başa düşüb ki, seks sizin üçün çox önəmlidir və sizə məhz bu yolla dərs vermək istəyir.

Porno onu daha çox ehtiraslandırır. Bu münasibətlərin ən qızğın məqamında ola biləcəyi kimi, başlanğıc mərhələdə də mümükündür. İnternetin proqresi isə məsələni getdikcə aktuallaşdırır. Bir çox kişilər pornonu real seksdən üstün tutmağı normal hesab edirlər.

Seksual arzuların yaranmasına mane olan ciddi psixoloji problemlər:

Qeyd: Bu probləmləri çözməyə yalnız psixoterapeft yardımçı ola bilər. Onlar öz-özünə müalicə olunmur.

Madonna/fahişə kompleksi var. Yetərincə qədim kompleks olmasına baxmayaraq hələ də yaşayır. Kişi qadınları kateqoriyalara bölür -yaxşı (ailə üçün yarayanlar) və pis (seks üçün yarayanlar) qadınlar. Seks və ailə onlar üçün uyğunlaşamayan anlamlardır.

Seksdən panik qorxur Seksual aversiya- kişinin sekslə bağlı olan hər şeydən qorxmasıdır. Lazımi məqamda ürək bulanması, ürək döyüntülərinin sürətlənməsi, ayaq işləməsi kimi halların baş verməsi fobiyanın əlamətləridir.

Tez-tez masturbasiya ilə məşğul olur. O qədər çox masturbasiya ilə məşğul olub ki, autoerotizmə(özü-özünü cəlb etmə) düçar olub. Bu halda yataqda qadına sadəcə yer yoxdur.

Tibbi və fizioloji səbəblər:

Testoteronun səviyyəsi düşüb. Bu hal adətən cavan adamlarda az rast gəlinir. Daha çox 35 yaşdan sonra ciddi problem kimi ortaya çıxır

Xəstə olanda: Anemiya, hipertoniya, ürəklə bağlı problem, hətta soyuqdəymə və ya qrip belə cinsi istəkdə problem yarada bilər.

Depressiyada olanda. İşdə, ailədə (yaxın adamın ölümü, maddi problemlər və s) problemlər depressiya halına gətirib çıxara bilər. Bu halda kişinin özü də bilmədən hər şeyə, hətta seksə marağını itirməsi mümkündür.

Libidoya təsir edən dərmanlar qəbul edir. Potensiyaya təsir edən dərmanlar siyahısı uzundur. Prozak, zoloft və paksid bu siyahida ilk siralardadır. Belə hal baş verərsə, həkimlə məsləhətləşib dərmanların əvəzedicisini tapmaqla vəziyyətdən çıxmaq olar.

Sekslə məşğul olmağa tənbəllik edir. Bəzi kişilər sekslə o qədər az məşğul olurlar ki, sadəcə yadırğayırlar. Belələri həftədə bir dəfə boşalma üçün mastursasiya ilə məşğul olmağı üstün tuturlar. Bəzən cütlüklər arasında dilə gətirilməyən anlaşma olur, Ailədə isti münasibət olmasına baxmayaraq, sekskdən söhbət də getmir.

Narkotik və alkoqol problemi: Elə kişi varmı ki, narkotik və alkoqol potensiyasına təsir etmir? Belələri barmaqla sayılacaq qədərdir.

O aseksualdır. Alimər hesablayıb ki, Yer sakinlərinin təxminən 1,5 faizi aseksualdır. Münasibət, sevgi istədikləri halda seksdən qaçan kişilər var.

Münasibətlərinizdəki problemlər onu seksə biganə edir. Sizə acıqlı olduğu halda coşqun, ehtiraslı sevgili olmayacağını özünüz də bilirsiniz..

Sizinlə intim onu darıxdırır. Adətən seksin darıxdırıcı olması kişilərə onula məşğul olmağa mane olmur. Amma bununla yanaşı başqa problem də meydana çıırsa,(məsələn aşağı səviyyəli testosteron) seks kişi üçün sevimli komandasının futbol oyunu ilə müqayisədə arxa plana keçə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə