Ümumdünya Səhiyyə Təşkilatı bəzi rəqəmləri açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyanı qorxuya salacaq rəqəmlər açıqlayıb. 2050-ci ildə az qala bütün uşaqlar süni mayalanma ilə dünyaya gələcəklər. Çünki dünya getdikcə sonsuzlaşır. Yüz il əvvəl kişidəki sperma sayı millilitrdə 100-120 milyon olduğu halda, son məlumatlara görə bu ədəd 15 milyona qədər düşüb.

Açıqlamada bildirilir ki, bir il qorunmadan cinsi əlaqəyə girilməsinə baxmayaraq, 100 cütdən 15-i belə uşaq sahibi ola bilmir. Mütəxəssislər dünyanın getdikcə sonsuzlaşmasındakı ən əhəmiyyətli faktorun, insanı müasir həyatla üzləşdirən texnologiyalar olduğunu bildirirlər.

Sonsuzluqda hava, su və ekologiyanın çirklənməsi də faktorlardan biri kimi göstərilir. Sənayedə istifadə edilən ağır metalların, qidalarla, suyla və havayla orqanizmə daxil olan kənar maddələrin təsiri də kifayət qədərdir.

Hesabatda, ''benzindəki qurğuşun, ağır sənayedə istifadə edilən civə, nikel, kadmium kimi metalların hamısı toksikdir. Xüsusilə dəm qazları sonsuzluğa çox təsir edirlər. Sənayedə istifadə edilən qazlardan ayrılan dioksin də sonsuzluq həcmini əhəmiyyətli dərəcədə artırır'', - deyə bildirilir.

Son illərdə sürətlə artan piylənmənin də sonsuzlaşma həcminə təsirli olduğunu deyən alimlər, bədəndəki 10 kilo artıq çəkinin sonsuzluq riskini artırdığını vurğulayırlar.

Siqaretin qadınlarda yumurta hüceyrəsi ehtiyatını azaldaraq hamiləliyə maneə törətdiyini, kişilərdə isə sperma sayına və hərəkətlərinə zərərli təsiri olduğunu vurğulayan alimlər, cinsi yolla yoluxan xəstəliklərin qadınlarda mayalanmanın azalmasına səbəb olduğunu deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...