Bu qadın uzun illər idi ki, hər gün 10 litrdən çox şirə qəbul edirdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu aktı yaxın günlərdə 30 yaşlı qadının ölümünü 3 il ərzində tədqiq edən istintaqçılar açıqlayıblar. Nataşa Harrisin ölümünü araşdıran müstəntiq bildirib ki, onun səhhəti ilə bağlı müəyyən problemi olsa da, ölümə səbəb məhz "Coca Cola" aludəçiliyidir.
Nataşa 2010-cu ilin fevralında ürək aritmiyasından vəfat edib. Qadının ailəsinin bildirdiyinə görə, Nataşa gün ərzində 10 litrdən çox "Coca Cola" içirmiş. Ancaq içki şüşəsinin üzərində bu barədə heç bir xəbərdarlıq olmadığından, onlar bu aludəçiliyin zərərli olduğunu düşünməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB