Çelyabinskə yağan nə olub?
15 fevralda Çelyabinskdə baş verən hadisə hələ də qeyri-müəyyən olaraq qalır. Elm adamları bunun meteorid olduğunu, yerin səthinə 40 min kilometr qalmış partladığını, bu partlayışın hətta 20 kiloton atom bombası həcmində olduğu barədə məlumatlar yayılıb. Başqa alimlər isə bunun Yerə yaxınlaşan 2012DA14 asteroidi ilə heç bir əlaqəsinin olmadığını deyirlər.
Alimlərin, ufoloqların, kosmik cisimlərin tədqiqi ilə məşğul olan şəxslərin fikirləri medianın gündəmində olsa da Çelyabinskdə baş verənlər barəsində dəqiq məlumat verən hələ ki, yoxdur. SİA Rusiya mətbuatından əldə etdiyi foto və video materialları təqdim edir.
Xatırladaq ki, atmosferdən yağan bərk cisimlər insanlara ciddi ziyan vurub, 1200 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB