İstanbulun Asiya hissəsində Avtobusdakı təhlükəsizlik kameralarına əks olunan görüntülərdə bir sərnişin avtobusa mindikdən sonra yan güzgünün önünə keçir. Avtobus sürücüsü isə güzgünü görə bilməyincə sərnişini çəkilməsi üçün xəbərdar edir. Sərnişinin cavabı isə belə olur "Hirsliyəm. Mənimlə məşğul olma!". Bir müddət sonra sərnişin yenidən yan güzgünün önünə keçir. Avtobus sürücüsündən xəbərdarlıq alan sərnişin özündən çıxır və sürücüyə təpik atır.
İçərisində 150-yə yaxın sərnişin olan avtobusun sürücüsü aldığı zərbəylə bir an sükana hakimiyyətini itirir ancaq qısa müddətdə özünü toparlayaraq avtobusu dayandıra bilir. Daha sonar isə bir neçə adamın köməyi ilə sərnişin tutularaq polisə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB