Cənubi Afrikadan olan əlil idmançı Oskar Pistorius sevgilisini silahla vuraraq öldürüb. "Reuters" xəbər agentliyinin Yohannesburqda fəaliyyət göstərən "Talk Radio 702"yə istinadən verdiyi xəbərə görə, hadisə Pistoriusun Pretoriya şəhərindəki evində baş verib. Xəbərdə məşhur yüngül atletin sevgilisini odlu silahla başından və qolundan vuraraq öldürdüyü bildirilir.
Cinayətin səbəblərinə gəldikdə isə onun "sevgilisini oğru zənn edərək öldürdüyü" bildirilir.
Qafqaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB