Maqnit yeyən uşaq

Xəstəxanaya ölümcül halda gətirilən uşağı əməliyyat nəticəsində xilas ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uşağın günbəgün vəziyyətin ağırlaşmasını görən, ana gec də olsa uşağı xəstəxanaya gətirib. Həkimlərin sözlərinə görə, uşaq xəstəxanaya gətiriləndə ölümcül halda olub: "Biz başa düşə bilmirdik ki, uşağın bu vəziyyətə düşməsində problem nədir. Ultrasəs müayinəsindən sonra bəlli oldu ki, uşağın mədəsində küllü miqdarda maqnit var. Anası isə bizə dedi ki, son günlər onun oyuncaqlarının maqniti yoxa çıxırmış. Görünür, uşaq maqnitləri udub. Ancaq körpə mədənin yarıdan çox hissəsinin bu vəziyyətdə olması ilə necə yaşayıb, onu hələ də bilmirik" -deyə həkimlərdən biri təəccüblə fikir bildirib.

Qeyd edək ki, əməliyyat çox ağır keçsə də, indi uşaq özünü yaxşı hiss edir.

Bütün xəbərlər Facebook səhifəmizdə