Eynşteyndən də ağıllısı tapıldı

Eynşteyndən də ağıllısı tapıldı

Dünyanın ən prestijli üstün zəkalar cəmiyyəti olan "Mensa"nın testlərində İQ-si 162 çıxan Alisiya Amos ən məşhur dahilərdən belə ağıllı imiş. Kompüter hesablamalarına görə, Albert Eynşteyn və Stefan Houkinq 160 İQ qazanıblar. SİA-nın məlumatına görə, bu hesablamalara görə, 3 yaşlı Alisiya Eynşteyndən belə ağıllıdır. Ana dilləri rusca olan Vitali və Tatyana Amosun 3 yaşındakı qızları bu üstün zəka testinə ikinci ana dili olan ingilis dili üzrə qatıldı.

Qeyd edək ki, Alisiya dil açıb danışmağa çox gec 6 ay bundan əvvəl başlayıb. Qızın atası Vitali bildirib ki: "Onun birdən və gec danışmağa başlaması sanki qapıların açılması kimi oldu, qəfildən qarşımızda bir dahi gördük".

Hazırda İngiltərədə yaşayan Alisiya sənədli filmlər izləyir və öz yaşıdlarına "körpə" deyir. Amma uşaq inkişafı üzrə mütəxəssis olan professor Con Friman bildirib ki, bu uşaq tamamilə dahidir, ancaq ailəsi onun ruhi problemlər yaşamamasına diqqət etməlidir, buna görə daim mütəxəssislərlə əlaqə saxlamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə