Xərçəng riskini azaldır

Avstraliya alimləri şüyüd, cəfəri, göy soğan və digər göyərtilərin insan orqanizmi üçün xeyirli olduğunu bildiriblər. SİA-nın xarici mətbuat istinadən verdiyi məlumata görə, göyərti xoşlayan insanlarda onkoloji xəstəliklərin yaranması riski xeyli azalır. Araşdırmalar zamanı məlum olub ki, həftədə ən azı 3 dəfə göyərti yeyən insanlarda xüsusilə dəri xərçənginin əmələ gəlmə riski 55% azalır.

Alimlər bunu göyərtidə böyük həcmdə A, C və E vitaminlərinin, həmçinin digər xeyirli maddələrin olması ilə izah edir.

Bütün xəbərlər Facebook səhifəmizdə