İnsanabənzər it

ABŞ-da qeyri-adi görünüşə malik it tapılıb. SİA-nın xarici mətbuata istiandən verdiyi xəbərə görə, iki yaşı olan Tonik adlı it şi-tsu və pudel cinsinin qarışığıdır. Tonikin qəribəliyi isə ondadır ki, onun üzü insan simasını xatırladır. Təşkilat əməkdaşlarının sözlərinə görə, it həddindən artıq ağıllıdır və insanlarla ünsiyyəti çox sevir. İndi Tonik yeni sahibini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə