Braziliyanın cənubunda yerləşən Parana vilayətinin sakinləri qorxu içindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb hörümçəklərin sanki göydən yağırmış kimi bütün ətrafı bürüməsi olub. Sakinlər ağaclardan, elektrik dirəklərindən asılı olan hörümçəkləri görüb təşvişə düşüblər. Öz torlarından sallanaraq havada hərəkət edən hörümçəklər, qorxu filmlərindəki səhnəni xatırladıb. Hörümçəklərin niyə bu qədər geniş əraziyə yayıldığı və zəhərli olub-olmamaları isə hələ də məlum deyil.
Qeyd edək ki, dünyanın ən zəhərli hörümçəyi hesab edilən "Səyyah" hörümçəyinin vətəni Braziliya sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB