Vəfalı tutuquşu

Cənubi Uelsdə ev tutuquşusu yanğın zamanı öz sahibinin həyatını xilas etsə də, özü həlak olub. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, yataq otağında yanğın başlayan zaman korella cinsli, Kuki ləqəbli tutuquşu vanna otağına uçaraq 17 yaşlı sahibi Ben Risi xəbərdar edib.

Qeyd edək ki, Ben evdə tək olub. O, yataq otağında ətirli çubuğu yandıraraq duş qəbul eləməyə gedib. Xoşbəxtlikdən tüstünün iyini hiss edən quş sahibinin arxasınca uçub. O, bərk çığırışlarla sahibinin diqqətini cəlb edib, gənc də yanğını görərkən əvvəlcə özü söndürməyə çalışıb, lakin heç bir nəticə əldə etmədiyini görüb özünü evdən bayıra atıb. Xilaskar quş isə təəssüf ki, yanğından canını qurtara bilməyib.
Yanğınsöndürənlər yanğını bütün evə yayılmadan söndürə biliblər. Ben Risi sevimli tutuquşunu heç vaxt unutmayacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə