Oğlanın sevgisi ilana çevrilib qızı izləyir ŞOK

Oğlanın sevgisi ilana çevrilib qızı izləyir ŞOK

İnanılmaz bir hadisə bu dəfə Azerbaycanın Ağdaş rayonunda baş verib. SİA-nın xəbərinə görə, Ağdaşın "Qaradağlı" kəndində ilan gözəl bir qıza vurulub. Hər gün həyətə gələn ilan qızın həyətdə gördüyü bütün işləri izləyir onun yanında gəlib dayanır, qız sakit dayananda isə onun boynuna sarılır yanağından dişləyir, ancaq zəhərləmir. İlan qorxusundan onu hər dəfə üstündən atan qızdan əl çəkmir. Gah əlinə, gah ayağına sarılan ilanın qorxusundan qızın hər dəfə ürəyi gedir. Yerə uzanmış qızın yanında dayanıb, qızın sifətinə baxan və onun ayılmasını gözləyən ilan qırmızı rəngdədir və digər ilanlardan bir az seçilir. Qəribəsi odur ki, ilanı qızdan başqa heç kim görməyib. Rayon icra hakimiyyəti xüsüsi ilantutan gətirib, lakin o da bunun çətin olacağını deyib.

Dəfələrlə özünü öldürmək istəyən qız qorxu içində yaşayır. İlan sadəcə qız tək olduğu anda onun yanına gəlir. Hesab edilir ki, vaxtı ilə həmin qızı sevən bir oğlan olub, qızı oğlana vermədikdən sonra oğlan çıxıb gedib və bir daha o oğlanı görən olmayıb. Kənddəki dedi-qoduya görə, bu həmin oğlanın sevgisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə