Çempion nənə

Doroti nənə 75-80 yaşlı idmançılar arasında keçirilən yüngül atletika yarışlarında şüvüllə tullanmada çempion olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 55 yaşında təqaüdə çıxan Doroti Maklennan sonradan idmanla məşğul olmağa başlayıb. Onun dediklərinə görə, bir dəfə 80 yaşlı kişini marafonda qaçan zaman görüb: "Fikirləşdim ki, niyə mən də idmanla məşğul olmayım ki? İdmançı olmadığım üçün əvvəllər məşqlərdə çətinlik çəkirdim".

Nəzərinizə çatdıraq ki, 77 yaşlı qadın ilk mükafatını 1991-ci ildə qazanıb. İndi isə o, 42 medal sahibəsidir. Qazandığı medalların 35-i qızıldır. Doroti Maklennan hər həftə 9 saat ağır məşqlər edir. Məşqlər zamanı onun yanında oğlu Stiven olur. Onun ən böyük arzusu 100 metr məsafəyə qaçışda dünya çempionu olmaqdır. Nənənin yaxşı məşq edə bilməyinə səbəb uzun illərdir yoqa ilə məşğul olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə