Dünyadakı okean yataqlarında 3 milyona yaxın batmış gəmi var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ontario gölünün yatağındakı batmış gəmi digərlərinə heç bənzəmir. Tərtəmiz sulardan bir neçə metr aşağıda yerləşən bu qalıqlar XIX əsrdə fəaliyyətdə olan "Sweepstakes" gəmisinə aiddir. "Sweepstakes" adlanan gəmi 1885-ci ildə batıb. Ancaq bu gün də "Fathom Five" milli parkında dalğıcların və turistlərin böyük marağını çəkir.
Nəzərinizə çatdıraq ki, "Sweepstakes" gəmisi 1867-ci ildə Ontarioda inşa edilib. Gəminin batmasına səbəb 1885-ci ildə "Cove" adasına kömür daşıyarkən gəminin böyük zədə alması olub.
Qeyd edək ki, möhkəmləndirmək məqsədi ilə gəminin gövdəsinə Kanada Milli Parklar Müdirliyi tərəfindən metal çubuqlar yerləşdirilib. Bununla yanaşı dalğıcların gəminin içərisinə girməsinin qarşısını almaq üçün ətrafına tel hörgü çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB