Şotlandiyanın ərazazisində heç kimin yaşamadığı "Inchcolm" adasına nəzərat edəcək müdir axtarılır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Tarixi Şotlandiya" adlı təşkilatın müraciət edənlər arasından seçəcəyi adam adadakı tarixi kilsənin yaxınlığındakı evdə yaşayacaq. Mart ayından oktyabr ayına kimi ora nəzarət edəcək idarəçiyə cəmi 30 min manat verilməsi planlaşdırılır. Üstəlik təbiətin qoynunda yaşayacaq adamın pul xərcləyəcək yeri də yoxdur. "Ada müdiri" yeməyini və suyunu mərkəzi adadan gətirmək məcburiyyətində qalacaq. Seçiləcək adam adada bir işçiylə birlikdə yaşayacaq.
Qeyd edək ki, adaya ildə 20 min ziyarətçi gəlir. Burada bəzən dəbdəbəli toylar da təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB